Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Trabzonspor"u qəbul edib.
Görüş Konyaspor"un qələbəsiylə başa çatıb - 2:1. "Konyaspor" hesabda geri düşsə də, dönüş etməyi bacarıb. Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və skna qədər oynayıb.
Emreli 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. "Konyaspor" 31 oyundan sonra 45 xalla 6-cı sıradadır. "Trabzonspor" isə 30 oyuna 45 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:21 / 29.04.2023
Mahirin oynadığı matçda “Konyaspor” qalib gəldi
Hazırda oxunan: Mahirin oynadığı matçda “Konyaspor” qalib gəldi
Hazırda oxunan: Mahirin oynadığı matçda “Konyaspor” qalib gəldi
133519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.