Azərbaycan kuboku: “Qəbələ” finalda “Neftçi”nin rəqibi oldu - VİDEO 

Azərbaycan kuboku: “Qəbələ” finalda “Neftçi”nin rəqibi oldu - VİDEO 

Hazırda oxunan: Azərbaycan kuboku: “Qəbələ” finalda “Neftçi”nin rəqibi oldu - VİDEO 

133184

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.  

Bizim.Media xəbər verir ki, sonuncu yarımfinal görüşü “Səbail”lə “Qəbələ” arasında baş tutub.

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə “Qəbələ”yə finala vəsiqə qazanmaq üçün heç-heçə də yetərli idi. “Səbail” isə tarixində ilk dəfə finala çıxmaq üçün mütləq inamlı qələbə lazım idi. Amma cavab görüşü də əyalət təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə ikinci finalçı “Qəbələ” olub. 

Xatırladaq ki, daha öncə “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” finala yüksəlmişdi. 

Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək. 

Azərbaycan kuboku 
Yarımfinalın cavab oyunu 

27 aprel 

“Səbail” – “Qəbələ” 0:1 
Qol: İsnik Alimi, 49-pen. 
Qırmızı vərəqə: Vüqar Həsənov, 47. Qustavo de Fransa, 90+2. Adil Nağıyev, 90+4. 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov 
Bakı. “ASCO Arena”, 20:00. 
İlk oyun – 2:3. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO