Tərtərdə yeni stadion tikilir - FOTO 

Tərtərdə yeni stadion tikilir - FOTO 

Hazırda oxunan: Tərtərdə yeni stadion tikilir - FOTO 

133176

Tərtər şəhər mərkəzi stadionunda təmir-bərpa işlərinə başlanılıb.  

Bizim.Media xəbər verir ki, hazırda stadionun ərazisində torpaq işləri görülür, ilk olaraq futbol meydançası hazırlanır.  

Stadion ikimərtəbəli inzibati bina, əsas meydança və iki ehtiyat meydançadan ibarət olacaq. Stadionun inzibati binasında soyunub-geyinmə, iş otaqları, su, kanalizasiya, istilik və işıqlandırma sistemlərin qurulması nəzərdə tutulub.  

Yeni stadionun tamaşaçı tutumunun 2000-2500 civarında olacağı gözlənilir. Daha sonra isə tribunanın və digər tikililərin inşasına başlanacaq.  

İnşaat işlərinin 2024-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO