Azərbaycan Kuboku: Bu gün ikinci finalçı bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün ikinci finalçı bəlli olacaq

Hazırda oxunan: Azərbaycan Kuboku: Bu gün ikinci finalçı bəlli olacaq

133010

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.  

Bizim.Media xəbər verir ki, sonuncu yarımfinal görüşü “Səbail”lə “Qəbələ” arasında baş tutacaq.  

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə “Qəbələ”yə finala vəsiqə qazanmaq üçün heç-heçə də yetərlidir.

“Səbail” isə tarixində ilk dəfə finala çıxmaq üçün mütləq inamlı qələbə lazımdır.  

Xatırladaq ki, “Turan Tovuz”u iki oyunun nəticəsinə (2:0, 0:1) görə üstələmiş “Neftçi” artıq finaldadır. Kubokun həlledici oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək. 

Azərbaycan kuboku 

Yarımfinalın cavab oyunu: 

“Səbail” – “Qəbələ” 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov 

Bakı. “ASCO Arena”, 20:00. 

İlk oyun – 2:3. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO