“Neftçi” artırılma dəqiqələrindəki qollarla finala çıxdı - VİDEO 

“Neftçi” artırılma dəqiqələrindəki qollarla finala çıxdı - VİDEO 

Hazırda oxunan: “Neftçi” artırılma dəqiqələrindəki qollarla finala çıxdı - VİDEO 

132976

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə “Neftçi” “Turan Tovuz”u qəbul edib. 

Tovuzda baş tutmuş ilk oyunda meydan sahibləri 1:0 hesabıyla qalib gəlmişdilər. Bu üzdən “Turan Tovuz”a finala çıxmaq üçün səfərdə heç-heçə də bəs edirdi. “Neftçi” isə mərhələ adlamaq üçün mütləq inamlı qələbə qazanmalıydı.  

Matçın sonuna kimi istəyinə çatmaqda çətinlik çəkən paytaxt təmsilçisi yalnız əlavə olunmuş dəqiqələrdə vurulan qollarla Tovuz klubunu mübarizədən kənarlaşdırmağı bacarıb.  

Digər yarımfinal görüşü sabah “Səbail”lə “Qəbələ” arasında olacaq.

Azərbaycan kuboku 

Yarımfinalın cavab oyunu 

26 aprel 

Neftçi – Turan Tovuz 2:0  

Qollar: Emin Mahmudov, 90+3. Kenni Sayef, 90+8. 

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov. 

Bakı. “Bakcell Arena”. Saat 20:00 

İlk oyun – 0:1. 
 



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO