Bakıdakı Avropa çempionatının loqosu təqdim olundu - FOTO  

Bakıdakı Avropa çempionatının loqosu təqdim olundu - FOTO  

Hazırda oxunan: Bakıdakı Avropa çempionatının loqosu təqdim olundu - FOTO  

132892

29 iyul - 6 avqust tarixlərində Bakıda 18 yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı "C" divizionunun loqosu təqdim edilib. 

Bizim.Media xəbər verir ki, loqotipin ilkin görünüşü, bayrağımızda öz əksini tapmış aypara və səkkiz guşəli ulduzu xatırladır.  

Loqodan qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsinin və içərisində səkkiz guşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanmasının şahidi oluruq. Basketbolun əsas özəyini təşkil edən topun atəş qırmızı rəngdə olması isə məhz doğma Azərbaycanımıza xas olan xromatik xüsusiyyətdir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO