Boks üzrə Azərbaycan milli komandasının dünya çempionatı üçün heyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
Bildirilib ki, mayın 1-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundialda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq.
Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.
Aprelin 28-də Daşkənddə yollanacaq komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Yığma mayın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-ədək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar gəlir əldə edəcək. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:57 / 26.04.2023
Dünya çempionatında iştirak edəcək boksçularımızın ADLARI
Hazırda oxunan: Dünya çempionatında iştirak edəcək boksçularımızın ADLARI
Hazırda oxunan: Dünya çempionatında iştirak edəcək boksçularımızın ADLARI
132811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.