Azərbaycan Kuboku: bu gün ilk finalçı bəlli olacaq

Azərbaycan Kuboku: bu gün ilk finalçı bəlli olacaq

Hazırda oxunan: Azərbaycan Kuboku: bu gün ilk finalçı bəlli olacaq

132774

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, bununla da turnirin ilk finalçısı bəlli olacaq.

Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO