İrəvandakı qələbəsini Azərbaycana həsr edən türkiyəli idmançılar Səfirliyə dəvət olunublar - FOTO 

İrəvandakı qələbəsini Azərbaycana həsr edən türkiyəli idmançılar Səfirliyə dəvət olunublar - FOTO 

Hazırda oxunan: İrəvandakı qələbəsini Azərbaycana həsr edən türkiyəli idmançılar Səfirliyə dəvət olunublar - FOTO 

132753

İrəvanda qızıl və gümüş medal qazanaraq böyük nailiyyətlərini Azərbaycana həsr edən türkiyəli idmançılar - Cansu Bektaş, Qamze Altun və Nuray Güngörü Azərbaycanın Türkiyədəki Səfirliyinə dəvət olunub. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib. 

Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Talat Ünlü, Federasiyanın vitse-prezidentləri Taner Sağır və Yasin Arslan, məşqçi Gökhan Kuşçuoğlunun iştirak etdiyi mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov dövlət başçısı və xanımının hədiyyələrini və təbrik məktublarını idmançılara təqdim edərək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc idmançıları Azərbaycana dəvət etdiyini onlara çatdırıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO