Şahmatçımız Dünya çempionatında gümüş MEDAL QAZANDI 

Şahmatçımız Dünya çempionatında gümüş MEDAL QAZANDI 

Hazırda oxunan: Şahmatçımız Dünya çempionatında gümüş MEDAL QAZANDI 

132586

Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub.  

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Süleyman Süleymanlı 17 yaşa qədər məktəblilərin yarışında dünya çempionatının gümüş medalını qazanıb. 

Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.  
Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO