Samboçularımız Avropa çempionatını 9 medalla başa VURDU - FOTO

Samboçularımız Avropa çempionatını 9 medalla başa VURDU - FOTO

Hazırda oxunan: Samboçularımız Avropa çempionatını 9 medalla başa VURDU - FOTO

132463

İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatı başa çatıb. 

Azərbaycan Sambo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, millilərimiz yarışı 9 medalla başa vurub. Bunlardan 2-si gümüş və 7-si bürünc medaldır.

Belə ki, gənc samboçularımızdan Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bürünc, yeniyetmə idmançılarımızdan Elsevər Verdiyev (64 kq) gümüş və Amin İsmayılov (53 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl böyüklərdən Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO