"Qəbələ"nin baş məşqçisi: "Bu qarşılaşmada uduza da bilərdik"

Hazırda oxunan: "Qəbələ"nin baş məşqçisi: "Bu qarşılaşmada uduza da bilərdik"

132371

"Hesab 0:2 olandan sonra geridönüş etmək çox ağırdır".

Bizim.Media xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sumqayıtda eyniadlı komandaya 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXI turunun bağlanış oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis hər iki komandanın layiqli mübarizə apardığını bildirib:

"Bu qarşılaşmada uda da, uduza da bilərdik, Amma şanslı tərəf biz olduq. Yolumuza davam edirik. Futbolçularıma təşəkkürümü bildirdirəm. Xarakter nümayiş etdirdilər, öz iddialarından əl çəkmədiklərini göstərdilər".

O, matçı hissələrə bölmək istəmədiyini söyləyib:

"Sumqayıt" çox yaxşı idi, üstümüzə gəlir, təzyiq göstərirdi. Onlar qarşılaşmanın bir bölümünü daha üstün keçirdilər. Sevinirəm ki, sağlam ruhlu futbolçularım əzmindən dönmür, xarakter göstərirlər. Ardıcıl iki görüşdəki geridönüşü fiziki durumla bağlamazdım. Bunu futbolçuların iradəsi ilə əlaqələndirirəm".

Baxşıyev mövsümün son hissəsinin sıx təqvim baxımından ağır keçdiyini vurğulayıb:

"Belə olacağını bilirdik. Amma tək biz yox, kubokda oynayanların hamısı eyni durumdadır. Heyətimiz genişdir və rotasiya mümkündür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO