“Qəbələ”dən möhtəşəm geridönüş - VİDEO

“Qəbələ”dən möhtəşəm geridönüş - VİDEO

Hazırda oxunan: “Qəbələ”dən möhtəşəm geridönüş - VİDEO

132360

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. "Sumqayıt" öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Əvvəlcə "Sumqayıt" oyunda 2:0 hesabı ilə öndə olsa da, "Qəbələ" əzmkarlıq nümayiş etdirərək 3 qol vurub. Nəticədə əyalət təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanıb. "Qəbələ" 45 xalla turnir cədvəlində 4-cü, "Sumqayıt" isə 25 xalla 8-ci pillədə qərarlaşıb.

23 aprel (bazar)

18:00. “Sumqayıt”– “Qəbələ” - 2:3 
Qollar: Vüsal İsgəndərli, 58 (1:0), Kərim Abubakar, 63 (2:0), Omar Hani, 74 (2:1), Emil Səfərov,77 (2:2), Ramon Maçado, 90+5 (2:3)

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Kapital Bank Arena”.

Rəşad Rafiqoğlu, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO