“AAFF Xırdalan” Şəkidə qələbə qazandı

“AAFF Xırdalan” Şəkidə qələbə qazandı

Hazırda oxunan: “AAFF Xırdalan” Şəkidə qələbə qazandı

132331

Bu gün Şəki Olimpiya İdman Kompleksində Basketbol Liqasının 27-ci turunun bağlanış oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, “Olimpik Şəki” doğma azarkeşlər önündə pley-offa vəsiqə qazanmış “AAAF Xırdalan”ı qəbul edib. 

Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən “AAAF Xırdalan” zəif rəqibi üzərində 113:79 hesablı asan qələbə qazanıb. 
Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (19 xal, 8 ribaund), “AAAF Xırdalan”dan isə Deymon Makdouel (23 xal, 4 ribaund) olublar. 

Azərbaycan Basketbol Liqasında sonuncu – 28-ci turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində “AAAF Xırdalan” müntəzəm mövsümü lider tamamlamış “Sabah” kollektivi ilə, paytaxt klubu NTD isə region təmsilçisi “Gəncə” ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO