Bolqarıstan gimnastı Bakıda qızıl medal qazandı

Bolqarıstan gimnastı Bakıda qızıl medal qazandı

Hazırda oxunan: Bolqarıstan gimnastı Bakıda qızıl medal qazandı

132303

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə hərəkətlərdə Bolqarıstan təmsilçisi Stiliana Nikolova qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, idmançının çıxışı 34,650 xalla qiymətləndirilib.

İtaliyalı Sofia Raffaeli (34,400) ikinci, Bolqarıstanın digər gimnastı Eva Brezalieva (33,550 xal) isə üçüncü pillədə qərarlaşıblar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO