“Qarabağ” yenə xal itirdi - VİDEO

“Qarabağ” yenə xal itirdi - VİDEO

Hazırda oxunan: “Qarabağ” yenə xal itirdi - VİDEO

132140

Bu gün Misli Premyer Liqasında 31-ci tura start verilib.  

Bizim.Media xəbər verir ki, lider "Qarabağ" 5-ci pillədəki "Zirə" ilə qarşılaşıb.  

Görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə üstün olsa da, "Zirə" hesabı bərabərləşdirə bilib. Matç 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, 31-ci tur “Şamaxı” – “Kəpəz” oyunu (1:1) ilə başlayıb.

21 aprel (cümə) 

20:00. “Qarabağ” – “Zirə” - 2:2 

Qol: Marko Yankoviç, 54 (1:0), Ramil Şeydayev, 58 (2:0), Hamidu Keyta, 62 (2:1), Vladislav Kulaç, 65 (2:2) 

Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev 

“Azersun Arena” 

16:00. “Şamaxı” – “Kəpəz” - 1:1 

Qol: Emin Zamanov, 34 (1:0), Abdullahi Şuaybu, 38 (1:1) 

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov 

Şamaxı şəhər stadionu 

22 aprel (şənbə) 

16:00. “Turan Tovuz” – “Sabah” 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov 

Tovuz şəhər stadionu 

18:30. “Səbail” – “Neftçi” 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev

“ASCO Arena” 

23 aprel (bazar) 

18:00. “Sumqayıt”– “Qəbələ” 

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov 

“Kapital Bank Arena” 
 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO