Dünya Güləş Birliyi (UWW) Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) və türkiyəli Yasemin Adarla (76 kq) bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, qurumun sosial şəbəkə hesablarında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan hər iki idmançının fotosu yayımlanıb.
Paylaşımın üzərində isə "Müasir dövrün iki əfsanəsi" (Two modern-day legends) sözləri yazılıb.
Qeyd edək ki, Zaqrebdəki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Stadnik 9-cu, Adar isə 6-cı dəfə Avropa çempionu tituluna yiyələnib.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:14 / 21.04.2023
Dünya Güləş Birliyi Stadnikdən yazdı - Müasir dövrün ƏFSANƏSİ – FOTO
Hazırda oxunan: Dünya Güləş Birliyi Stadnikdən yazdı - Müasir dövrün ƏFSANƏSİ – FOTO
Hazırda oxunan: Dünya Güləş Birliyi Stadnikdən yazdı - Müasir dövrün ƏFSANƏSİ – FOTO
132036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.