“Yuventus”un silinmiş 15 xalı geri qaytarıldı

“Yuventus”un silinmiş 15 xalı geri qaytarıldı

Hazırda oxunan: “Yuventus”un silinmiş 15 xalı geri qaytarıldı

131980

İtaliya İdman İdarəsi “Yuventus” üçün nəzərdə tutulan 15 xallıq cəzanı ləğv edib.  

Bizim.Media xəbər verir ki, Turin klubu ilə bağlı yeni məhkəmə prosesinin keçirilməsinə göstəriş verilib. 

Bu qərardan sonra “Yuventus” aktivində 59 xalla turnir cədvəlində 7-ci yerdən 3-cü pilləyə üksəlib.
Bununla belə, İtaliya İdman İdarəsinin qərarının müvəqqəti olduğu və yeni məhkəmə prosesləri davam etdikcə qüvvədə qalacağı bildirilib.  

Xatırladaq ki, İtaliya Futbol Federasiyası yanvarda maliyyə fırıldaqlarına görə “Yuventus”un A seriyasında hesabından 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO