Stadnik final görüşünə çıxacaq - 5 güləşçimiz mübarizəyə başlayır

Hazırda oxunan: Stadnik final görüşünə çıxacaq - 5 güləşçimiz mübarizəyə başlayır

131810

Azərbaycanın daha beş qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. 

Bizim.Media xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Mariya Spirkovska (Şimali Makedoniya) ilə üz-üzə gələcək. 

57 kq-dakı Jalə Əliyeva 1/4 finalda Anna Şel (Macarıstan) - Yelena Brügger (Almaniya) cütünün qalibi ilə görüşəcək. 

62 kq-dakı Birgül Soltanova təsnifatda Viktoriya Vessoyla (Estoniya), 65 kq-dakı Elis Manolova 1/4 finalda İrina Rinqaci (Rumıniya) - Kendra Daçer (Fransa) duelinin güclüsü ilə qarşılaşacaq. 

Nəhayət, 72 kq-dakı Nigar Mirzəzadə təsnifatda Lyudmila Tiçinanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq. 

Bu gün, həmçinin, digər üç qadın güləşçi medal görüşündə qüvvəsini sınayacaq. 50 kq-dakı səkkizqat qitə çempionu Mariya Stadnik finalda Oksana Livaçla (Ukrayna) üz-üzə gələcək. 

55 kq-dakı Elnurə Məmmədova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal qarşılaşmasına çıxacaqlar. Onlar müvafiq olaraq Katarjina Kravçik (Polşa) və Sandra Paruşevski (Almaniya) ilə güləşəcəklər. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar və komanda hesabında da çempion olublar. Yarış aprelin 23-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO