UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin iki iştirakçısı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, turnirin dörddəbir final mərhələsi çərçivəsində iki cavab matçı keçirilib.
Turnirin son qalibi “Real Madrid” klubu İngiltərədə “Çelsi”nin qonağı olub. Madrid təmsilçisi ilk matçda olduğu kimi bu oyunda da 2:0 hesablı qələbə qazanıb. Hər iki qolu Rodriqo vurub. İki oyunun nəticəsinə görə, “Real Madird” yarımfinala adlayıb.
Digər matçda İtaliya klubları - “Napoli” doğma meydanda “Milan” ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Viktor Osimxe, rəqib komandadan isə Olivye Jiru fərqləniblər. Lakin ilk görüşdəki 1:0 hesablı qələbə sayəsində yarımfinala adlayan tərəf “Milan” olub.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:35 / 19.04.2023
Çempionlar Liqası: “Real Madrid” və “Milan” YARIMFİNALDA
Hazırda oxunan: Çempionlar Liqası: “Real Madrid” və “Milan” YARIMFİNALDA
Hazırda oxunan: Çempionlar Liqası: “Real Madrid” və “Milan” YARIMFİNALDA
131559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.