Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.
Bizim.Media xəbər verir ki, Əliabbas Rzazadə qitə birinciliyinin qalibi olub.
MÖVZU İLƏ BAĞLI:
Hacı Əliyev 4-cü dəfə Avropa çempionu OLDU
Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib.
Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media