Azərbaycanın daha bir güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.
Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə təsəlliverici qarşılaşmada Coşua Finesilverə (İsrail) qalib gəlib.
O, üçüncü yer uğrunda dueldə Erik Aruşanyanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.
Bu gün, həmçinin, digər 4 sərbəst güləşçi də medal görüşlərində qüvvəsini sınacaq. 57 kq-da Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-da Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-da Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
79 kq-da yer alan Səbuhi Əmiraslanov isə bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:12 / 18.04.2023
Daha bir güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
Hazırda oxunan: Daha bir güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
Hazırda oxunan: Daha bir güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq
131465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.