Finala çıxan Hacı Əliyevdən AÇIQLAMA 

Finala çıxan Hacı Əliyevdən AÇIQLAMA 

Hazırda oxunan: Finala çıxan Hacı Əliyevdən AÇIQLAMA 

131448

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev Avropa çempionatının finalına vəsiqə qazanmasını şərh edib.

Bizim.Media Dünya Güləş Birliyinin saytına istinadən xəbər verir ki, H.Əliyev bu yarışın 2023-cü ildə onun üçün ikinci turnir olduğunu söyləyib.

"Məşqçilər qərar verdilər ki, dünya çempionatı üçün 65 kq çəki dərəcəsinə keçim. Fikirləşdik ki, Avropa çempionatı və digər turnirlər üçün çəki azaltmaq o qədər də vacib deyil. Düşünürəm, 70 kq-da da yaxşı çıxış edirəm. Rəqiblər fiziki cəhətdən çox güclüdürlər və adətən 4-5 kiloqram çəki salmalı olurlar. Mən texnikaya önəm verərək güləşmək qərarına gəldim".

Qeyd edək ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 70 kq. çəki dərəcəsində yarışan H.Əliyev finala yüksəlib. O,  bu gün keçiriləcək həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) görüşəcək.

Bu gün, həmçinin, daha 4 sərbəst güləşçimiz isə medal görüşlərinə çıxacaqlar. Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə), Maqomedxan Maqomedov (97 kq) Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Əli Rəhimzadə (65 kq) təsəlliverici görüşdə Coşua Finesilverlə, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal uğrunda Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO