Daha 5 güləşçisimiz Avropa çempionatında mübarizəyə başlayır

Daha 5 güləşçisimiz Avropa çempionatında mübarizəyə başlayır

Hazırda oxunan: Daha 5 güləşçisimiz Avropa çempionatında mübarizəyə başlayır

131350

Bu gün Azərbaycanın daha beş güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək.

74 kq-dakı Cəbrayıl Qadjiyev eyni raundda Simon Marklın (Avstriya) müqavimətini qırmağa çalışacaq.

86 kq-dakı Abubakr Abakarov 1/8 finalda Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, 92 kq-dakı Osman Nurmaqomedov 1/4 finalda Filip Finesilver (İsrail) / Recep Haydari (Şimali Makedoniya) duelinin güclüsü ilə görüşəcək.

Nəhayət, 125 kq-dakı Georgi Meşvildişvili təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.

Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.
65 kq-dakı Əli Rəhimzadə təsəlliverici görüşdə Coşua Finesilverlə, 79 kq-dakı Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO