Çempionlar Liqasında bu gün ilk yarımfinalçılar BƏLLİ OLACAQ

Çempionlar Liqasında bu gün ilk yarımfinalçılar BƏLLİ OLACAQ

Hazırda oxunan: Çempionlar Liqasında bu gün ilk yarımfinalçılar BƏLLİ OLACAQ

131340

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, 1/4 finalın iki matçı keçiriləcək.

Turnirin son qalibi İspaniya klubu “Real Madrid” “Santyaqo Bernabeu”da iki cavabsız qolla məğlub etdiyi İngiltərə “Çelsi”sinin qonağı olacaq. “Kral klubu”ndan fərqli olaraq, “zadəganlar” doğma arenadakı görüşə ciddi itkilərlə çıxacaqlar. Xüsusən də, Xalidu Kulibali, Ben Kiluell və Pyerr-Emerik Obameyanqın yoxluğunu vurğulamaq olar.

Digər cütlükdə italyan dueli olacaq. “Napoli” səfərdə bir qolla uduzduğu “Milan”ı qəbul edəcək. Neapollularda aparıcı hücumçu Viktor Osimxen sıraya dönübsə, əvəzində Kim Min-Jae, Andre Anqissa və Covanni Simeone məşqçilər korpusunun sərəncamında olmayacaqlar. “Milan”ın yeganə itkisi isə Zlatan İbrahimoviçdir.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel

23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya)


Baş hakim: Daniel Orsato (İtaliya)
London, “Stemford Bric”
İlk oyun – 0:2

23:00. “Napoli” (İtaliya) – “Milan” (İtaliya)


Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, “Dieqo Maradona” stadionu
İlk oyun – 0:1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO