Dörd güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

Dörd güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

Hazırda oxunan: Dörd güləşçimiz Avropa çempionatının YARIMFİNALINDA

131256

Azərbaycanın daha dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.

97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.
65 kq-dakı Əli Rəhimzadə isə Vazgen Tevanyana (Ermənistan) uduzub.

Daha əvvəl Hacı Əliyev (70 kq) bu raundadək irəliləyə bilib. Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO