Musa Qurbanlı indi də “Beşiktaş”ın gündəmində

Musa Qurbanlı indi də “Beşiktaş”ın gündəmində

Hazırda oxunan: Musa Qurbanlı indi də “Beşiktaş”ın gündəmində

131084

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. 

Bizim.Media “Tuttomercato”ya istinadən xəbər verir ki, “Beşiktaş” 21 yaşlı hücumçunun xidmətində maraqlıdır. Gənc forvardı diqqətdə saxlayan İstanbul nəhəngi onu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, Musa Qurbanlı bəzi İtaliya klublarının – xüsusilə “Torino”nun da maraq dairəsindədir. Onun “köhlən atlar”la 2026-cı ilin yayınadək müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO