Məşhur futbolçu avtomobil qəzasına düşdü

Məşhur futbolçu avtomobil qəzasına düşdü

Hazırda oxunan: Məşhur futbolçu avtomobil qəzasına düşdü

131083

İtaliyanın "Latsio" klubunun hücumçusu Ciro İmmobile qəza keçirib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Romada baş verib. 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvayla toqquşub.

Hadisə nəticəsində tramvay aşıb. İtaliya millisinin üzvü qəzada xəsarət almayıb. Tramvayın sürücüsü və 7 sərnişin yüngül xəsarətlər alıb.

Qeyd edək ki, Ciro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. Təcrübəli forvard cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO