Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cessika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında 3 qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, Qədirova əvvəlcə döşəmə üzərində hərəkətlərdə bütün rəqiblərini qabaqlayıb. O, 14.000 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu növdə ikinciliyi onun həmyerlisi Alis Kinsella (13.666), üçüncü yeri isə Rumıniya idmançısı Sabrina Voynea (13.566) tutub.
Bundan əlavə, fərdi çoxnövçülük yarışında da Cessika Qədirova bütün rəqibləri üçün əlçatmaz olub. 55.032 xal toplayan Azərbaycan əsilli gimnast medal yarışında macarıstanlı Sofia Kovaçs (54.899) və italiyalı Alis Damatonu (54.500) geridə qoyub.
18 yaşlı idmançının da tərkibində olduğu Böyük Britaniyanın qadınlardan ibarət yığması da komandalararası yarışın qalibi olduğu üçün Qədirovanın Antalyadakı qazancı 3 qızıl medal olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:58 / 16.04.2023
Azərbaycan əsilli Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı
Hazırda oxunan: Azərbaycan əsilli Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı
Hazırda oxunan: Azərbaycan əsilli Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı
131076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.