Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıblar.
Bizim.Media Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirin ilk günündə beş çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında Aydın Rzayev (66 kq) bürünc medal əldə edib. Qadir Hüseynov gümüş, Süleyman Əliyev (hər ikisi 73 kq) bürünc medal qazanıb.
Qızların yarışında Nərmin Əmirli (78 kq) bürünc medala sahib olub.
Bizim.Media