Atletika millimizin üzvü: “Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik” -  VİDEO 

Atletika millimizin üzvü: “Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik” -  VİDEO 

Hazırda oxunan: Atletika millimizin üzvü: “Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik” -  VİDEO 

131007

“Çox məyus olduq, çünki biz bu yarışa komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Medal qazanma şanslarımız çox böyük idi. Ermənistanda Dövlət Himnimiz səslənə bilərdi. Mənə elə gəlir ki, Ermənistan xalqı Azərbaycanın Dövlət Himni səslənməsin deyə belə bir təxribat törətdi. Bu hadisə onların bizdən necə qorxduqlarını və necə barbar bir xalq olduqlarını bir daha sübut etdi”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində atletika üzrə millimizin üzvü Nazilə İsmayılova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Atletlərimiz hava limanında BELƏ QARŞILANDI - VİDEO


İdmançımız bildirib ki, gələcək yarışlarda daha yaxşı iştirak edəcəklər: “Biz hər zaman olduğu kimi, gücümüzü, qüdrətimizi sübut edəcəyik. Çünki biz Ermənistana qalib ölkənin vətəndaşı kimi getmişdik. Heç bir təhlükəsizliyimiz təmin olunmadı. Biz axşam saatlarında oteli tərk etmək istəyərkən, dedilər ki, sizin təhlükəsizliyinizi təmin edə bilmirik. Ona görə oteldən çıxmayın”. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO