Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat TURNİRİ - FOTO

Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat TURNİRİ - FOTO

Hazırda oxunan: Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat TURNİRİ - FOTO

130942

Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat turniri keçirilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Göyçayda Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat turniri keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova qonaqları salamlayaraq Ümummilli lider Heydər Əliyev tərəfindən həmişə idmanın inkişafına böyük diqqət ayrıldığını qeyd edib.
Həmçinin ölkəmizdə şahmata olan maraqdan və şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından, Azərbaycanın dünyada qabaqcıl şahmat ölkəsi kimi tanınmasından söhbət bəhs edilib. Göyçay Şahmat Məktəbində reallaşan yarışın seçim mərhələsində bölgənin Ucar, Ağdaş və Göyçayda yaşayan pensiya və sosial müavinət alan şəxsləri iştirak ediblər. Turnirdə qruplara bölünmüş və dairəvi sistem üzrə davam edən yarışda qaliblər müəyyənləşib. 

Birinci yeri tutmuş iştirakçı respublikanın əməkdar müəllimi, “Tərəqqi” medalı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ramiz Mikayılov final mərhələsinə vəsiqə qazanıb. Qalib olan ikinci və üçüncü yerlərin sahibləri Mehdi Məmmədov və Famil Abdullayev diplomla təltif olunublar. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO