Avarçəkmə üzrə “Prezident kuboku” bu tarixdə keçiriləcək

Avarçəkmə üzrə “Prezident kuboku” bu tarixdə keçiriləcək

Hazırda oxunan: Avarçəkmə üzrə “Prezident kuboku” bu tarixdə keçiriləcək

130860

2023-cü ilin 4-7 may aralığında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. 

Bizim.Media xəbər verir ki, yarışlardan bir gün öncə, mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq. 

Reqata mayın 4-də Qarabağın dilbər guşələrindən olan Suqovuşanda start götürəcək. Turnir 5-6 mayda Mingəçevirdə davam edəcək. 

Turnirin mükafatlandırma mərasimi mayın 7-də Bakı bulvarında təşkil ediləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO