Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, N hərbi hissəsinin şəxsi heyətinin, Tərtər rayon İcra Hakiməyyətinin, YAP rayon təşkilatının, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin əməkdaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə şahmat yarışı keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər rayonu ərazisindəki Mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsi ehtiramla anılıb. Sonra tədbir Uşaq-Gənclər İdman-Şahmat Məktəbində davam etdirilib.
Tədbir başlamazdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsinin dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini qeyd ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğu xüsusi vurğulanıb.
Gərgin mübarizə şəraitində keçən yarışda ümumilikdə 55 nəfər şahmat həvəskarı iştirak edib.
Qalib gələn şahmatçılar fəxri fərmanlarla təltif olunublar.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:15 / 14.04.2023
Ümummilli Liderin 100 illik yubileyi münasibətilə şahmat yarışı KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Ümummilli Liderin 100 illik yubileyi münasibətilə şahmat yarışı KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Ümummilli Liderin 100 illik yubileyi münasibətilə şahmat yarışı KEÇİRİLDİ - FOTO
130818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.