Ağırlıqqaldıranlarımız İrəvandakı Avropa çempionatında bu tarixdə ÇIXIŞ EDƏCƏK

Ağırlıqqaldıranlarımız İrəvandakı Avropa çempionatında bu tarixdə ÇIXIŞ EDƏCƏK

Hazırda oxunan: Ağırlıqqaldıranlarımız İrəvandakı Avropa çempionatında bu tarixdə ÇIXIŞ EDƏCƏK

130687

Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

Bizim.Media Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.

Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO