Qaltye ölümlə təhdid edildi

Qaltye ölümlə təhdid edildi

Hazırda oxunan: Qaltye ölümlə təhdid edildi

130445

PSJ-nin baş məşqçisi Kristof Qaltye futbol azarkeşləri tərəfindən ölümlə hədələnib. 

Bizim.Media xarici KİV-ə  istinadən xəbər verir ki, buna səbəb onun “Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söyləməsidir.  

Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib.
Bununla bağlı PSJ məşqçi və onun ailəsini mühafizə altına alıb. Mütəxəssis onun haqqında səsləndirilən “təhqir və böhtan xarakterli ifadələr”lə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. O, artıq bu barədə PSJ-yə xəbərdarlıq edib.

Paris klubu da bu məsələ haqda öz araşdırmasını aparır. 

Qeyd edək ki, daha əvvəl Qaltyenin sözügedən ifadələri işlətdiyi təsdiq olunacağı təqdirdə, PSJ-nin çalışdırıcını istefaya gönədiləcəyi bildirilmişdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO