Kompüter oyunları üzrə ən güclülər mükafatlandırıldı – FOTO  

Kompüter oyunları üzrə ən güclülər mükafatlandırıldı – FOTO  

Hazırda oxunan: Kompüter oyunları üzrə ən güclülər mükafatlandırıldı – FOTO  

130364

Azərbaycan Elektron İdman Növləri Federasiyası kompüter oyunları üzrə XVII Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimini keçirib.  

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idmanın bu növünün ölkəmizdə inkişafından söz açıb, oyunçuların ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiyini vurğulayıb.  

Qalibləri təbrik edən E.Məmmədov beynəlxalq yarışlarda təmsilçilərimizə uğurlar arzulayıb. 

Azərbaycan Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov XVII Azərbaycan çempionatı barədə məlumat verərkən deyib ki, yarış 6 elektron idman növü üzrə keçirilib. Bunlardan 2-si solo, digərləri isə komanda idman növləridir. Solo yarışların qalibləri iyunda Polşada təşkil olunacaq Avropa çempionatında iştirak hüququ qazanıblar. Həmin idmançılar cari ildə Rumıniyada keçiriləcək dünya çempionatına da qatılacaqlar. Komanda yarışlarının qalibləri isə Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaqlar. 

Ölkəmizdə elektron idman növlərinə marağın böyük olduğunu bildirən Adil Mahmudov qeyd edib ki, hazırda Bakı ilə yanaşı, regionlarda da klublar fəaliyyət göstərir. Əsas məqsədin idmanın bu növü üzrə liqaların yaradılmasından ibarət olduğu vurğulanıb. 
Daha sonra milli komandamız üçün hazırlanmış forma ictimaiyyətə təqdim olunub. Forma ilk olaraq ölkəmizi Avropa çempionatında təmsil edəcək solo kiber idman növləri üzrə Azərbaycan çempionları Orxan Tağıyevlə Təbriz Mahmudova təqdim edilib. 

Sonda qaliblərə medallar, diplom və pul mükafatı verilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO