Yüksək Liqada ilk finalların vaxtı bəlli oldu

Yüksək Liqada ilk finalların vaxtı bəlli oldu

Hazırda oxunan: Yüksək Liqada ilk finalların vaxtı bəlli oldu

129922

Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub.  

Bizim.Media kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək.  

Finalda "Xarı bülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda isə "Neftçi" və MOİK komandaları üz-üzə gələcəklər. Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, UNEC və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.  

Növbəti final və üçüncülük uğrunda qarşılaşmaların keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.  

Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə əsasən komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar təşkil olunacaq. 

Yüksək Liqa (kişilər) 

Final və bürünc medal uğrunda 

11 aprel 

1-ci oyunlar 

17:00 "Neftçi" - MOİK 

19:00 "Xarı bülbül" - "Murov" 

Yüksək Liqa (qadınlar) 

Final və bürünc medal uğrunda 

12 aprel 

1-ci oyunlar 

15:00 "Azərreyl" - "Abşeron" 

17:00 "Murov" - UNEC 

Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO