Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Hazırda oxunan: Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

129896

Azərbaycan Texniki Universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, günün ilk oyununda "BBA" - "AZE U-16" komandaları qarşılaşıb.  

Bu görüşdə "BBA" komandası 61-37 hesablı qələbə qazanaraq, turnir cədvəlində ilk sıranın sahibi olub və adını finala yazdırmağı bacarıb. Məğlubiyyətə baxmayaraq U-16 yığmamız qrupda ikinci pilləni tutaraq, kubokun növbəti finalçısı olub.  
Günün ikinci oyununda "ALOV" komandası "PH" basketbolçuları ilə üz-üzə gəlib. "ALOV" komandası rəqibi üzərində 48-46 hesablı qələbə qanaraq, qrupda 3-cü pillənin sahibi olub.

Qeyd edək ki, kubokun final görüşü 10 aprel saat 21:15 -də start götürəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO