"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov adının milli komanda ilə hallanmasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, "Qarabağ"la bugünkü oyundan (1:3) sonra keçirilən mətbuat konfransında milli ilə bağlı sualı cavablandırıb:
"Azərbaycan milli komandasında işləmək şərəfdir. Onun ağır günlərində biz oynamışıq. Zaman dəyişib. Mən təyinat alsam, layiqincə çalışacağam. Bir Azərbaycan vətəndaşı, oğlu, kişisi kimi. Yığmada milli mütəxəssis çalışmalıdır. Klublarımızın çoxunun səviyyəsi o qədər də yüksək deyil.
Tək “Qarabağ”dan başqa. Konfrans Liqasında da görünür ki, ikinci mərhələdə dayanırıq. Bir neçə komandamız avrokuboklarda uğurlu çıxış etsə, sonra millimizin uğursuz çıxışı olarsa, adlı-sanlı məşqçi gətirmək mümkündür. Amma bizim klublarımız hələ o səviyyəyə çatmayıb. Mənə də etimad göstərilərsə, millidə işləmək şərəf olardı".
Qeyd edək ki, millimizin Avro-2024-ün seçmə mərhələsində hər iki oyunda böyükhesablı məğlubiyyətindən sonra yığmanın italiyalı baş məşqçisi Canni De Byazinin istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:17 / 09.04.2023
Tərlan Əhmədov: "Millidə işləmək mənim üçün şərəf olar"
Hazırda oxunan: Tərlan Əhmədov: "Millidə işləmək mənim üçün şərəf olar"
Hazırda oxunan: Tərlan Əhmədov: "Millidə işləmək mənim üçün şərəf olar"
129818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.