Qurban Qurbanov: “Məğlubiyyətsiz çempion olmaq istərdim”

Qurban Qurbanov: “Məğlubiyyətsiz çempion olmaq istərdim”

Hazırda oxunan: Qurban Qurbanov: “Məğlubiyyətsiz çempion olmaq istərdim”

129817

“Gərgin oyun alındı, futbolçularda bəlkə stress də var idi. Qalibiyyət üçün çox əziyyət çəkdilər. Bu gün dinamik komandaya qarşı çıxış edirdik. “Kəpəz” son vaxtlar həm baxımlı, həm də fərqli oyun göstərir. Çox sürətli oyunçuları var. Bir neçə səhvdən başqa rəqibin hücumlarının qarşısını ala bildik. Vacib 3 xal qazandıq”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis mövsümü məğlubiyyətsiz başa vurmaq arzusunda olduqlarını gizlətməyib: “Dünya futbolunda belə hallar olur. Çempionat hələ bitməyib. Ötən il bir məğlubiyyətimiz olmuşdu. O vaxt da həmin görüşdə uduzmasaydıq, eyni ssenari olacaqdı.
Məğlubiyyətsiz çempion olmaq istərdim. Amma məqsədə hələ çatmamışıq, qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik fikri ilə işimizi davam etdirsək, səhv edərik. Hər matçda komandanı uduzmamaq istəyi ilə çıxarmağa çalışıram. Futbolda düşünmədiyin anlarda məğlubiyyət olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO