“Səbail”dən vacib qələbə: HESAB 2:1 - VİDEO

“Səbail”dən vacib qələbə: HESAB 2:1 - VİDEO

Hazırda oxunan: “Səbail”dən vacib qələbə: HESAB 2:1 - VİDEO

129681

Misli Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Bizim Media xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Ötən  tur avrokuboklara vəsiqəni təmin edən 2-ci pillədəki "Sabah" autsayder "Səbail"in qonağı olub və 1:2 hesabı ilə uduzub.

"Səbail" qələbə qolunu 90+5-ci dəqiqədə vurub və turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Sumqayıt" isə "Neftçi"ni qəbul edəcək. 

Qeyd edək ki, tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun  vurulacaq.

8 aprel (şənbə)

17:30. “Səbail” – “Sabah” - 2:1 

Qollar: David Qomis, 28 (1:0),  Emmanuel Apeh, 75-pen. (1:1), Zakba 90+5 (2:1)

Qırmızı vərəqə: Con İrasabal, 59 ("Sabah")

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov

“ASCO Arena”

20:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev

“Kapital Bank Arena”

9 aprel (bazar)

16:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Tovuz şəhər stadionu

18:30. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı

“Azersun Arena”

7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə” - 2:1
 


 
 
Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO