“Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da

“Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da

Hazırda oxunan: “Mançester Siti”nin sabiq futbolçusu “Turan Tovuz”da

129643

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qərb təmsilçisi qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib. 

27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Divayn Naa daha əvvəl İngiltərənin "Mançester Siti", Norveçin "Strömqodset", Niderlandın "Breda", Danimarkanın "Norşellan", Osveçin "Örebro" (İsveç), Belçikanın "Tubiz", İsrailin "Hapoel" (Raanana) və Maltanın "Mosta" komandalarının formasını geyinib. Onun son klubu Litva "Jalgiris"i olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO