Yüksək Liqada finalçılar müəyyənləşdi - FOTO 

Yüksək Liqada finalçılar müəyyənləşdi - FOTO 

Hazırda oxunan: Yüksək Liqada finalçılar müəyyənləşdi - FOTO 

129556

Bu gün voleybol üzrə Yüksək Liqada yarımfinalın son matçı keçirilib.  

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan bu görüşdə "Abşeron" və "Murov" klubları üz-üzə gəliblər.  

Bu komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya "Abşeron" daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib - 25:16.  
Bu üstünlüyünü sonadək qoruyan "Abşeron" klubu "Murov"un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 və 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.  

Beləliklə, rəqibi üzərində iki qələbə qazanan "Abşeron" finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda "Azərreyl"ə rəqib olub.

"Murov" isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.  

Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.  

Yüksək Liqa Yarımfinal (üçüncü oyun)  

"Abşeron" - "Murov" 3:0 (25:16, 25:21, 25:21)  

İlk iki oyunun nəticələri  

“Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25) 








Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO