“Neftçi”dən Emin Mahmudova 350 min dollarlıq TƏKLİF  

“Neftçi”dən Emin Mahmudova 350 min dollarlıq TƏKLİF  

Hazırda oxunan: “Neftçi”dən Emin Mahmudova 350 min dollarlıq TƏKLİF  

129537

“Neftçi” kapitanı Emin Mahmudovu heyətdə saxlamaq üçün bütün imkanları səfərbər edib.  

Bizim.Media xəbər verir ki, paytaxt klubu futbolçuya maaşının artırılması şərti ilə yeni müqavilə təklif edib.  

Əgər təcrübəli yarımmüdafiəçi razılıq versə, onun illik maaşı 350 min dollar (təxminən 600 min manat) olacaq. Hələ ki, Emin son qərarını verməyib.  

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasını yenidən ölkə xaricində davam etdirmək istəyir.

Ailəsinin də təsiri ilə millimizin üzvünün yenidən vaxtilə oynadığı Rusiyaya qayıtmaq ehtimalı da var.  

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO