"Qarabağ" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

Hazırda oxunan: "Qarabağ" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

129335

Premyer Liqanın 29-cu turunda “Kəpəz”lə qarşılaşacaq “Qarabağ” oyuna itkilərlə çıxacaq.

Bizim.Media xəbər verir ki, Ağdam klubu beş futbolçunun xidmətindən istifadə edə bilməyəcək. 

Abbas Hüseynov, Bədavi Hüseynov, Yasin Benzia zədə, Şahruddin Məhəmmədəliyev isə oyun formasını tam bərpa edə bilmədiyi üçün oynamayacaq. Julio Romao isə cəzalı olduğu üçün meydanda olmayacaq.  
“Qarabağ” – “Kəpəz” matçı aprelin 9-da "Azərsun Arena"da keçiriləcək və saat 18:30-da başlanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO