Millimiz FİFA reytinqində 3 pillə gerilədi

Millimiz FİFA reytinqində 3 pillə gerilədi

Hazırda oxunan: Millimiz FİFA reytinqində 3 pillə gerilədi

129247

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, Azərbaycan yığma komandası ötən ayla müqayisədə 3 pillə geriləyib.  

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv hazırda 1142 xalla 124-cü pillədə qərarlaşıb.  

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsində milli komandamızın rəqiblərindən ən yaxşı göstərici Belçikaya məxsusdur. "Qırmızı şeytanlar" 1792 xalla 4-cü yerdədir.

Digər rəqiblərimiz İsveç 22-ci, Avstriya 32-ci, Estoniya isə 108-ci yerdədir. Reytinq cədvəlinə son dünya çempionu olan Argentina seçməsi başçılıq edir. "Tanqoçular"ın aktivində 1840 xal var. Fransa (1838) ikinci, Braziliya (1834) üçüncüdür. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO