Yüksək Liqa: “Azərreyl” finalda - FOTO 

Yüksək Liqa: “Azərreyl” finalda - FOTO 

Hazırda oxunan: Yüksək Liqa: “Azərreyl” finalda - FOTO 

129150

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada yarımfinalın növbəti oyunları keçirilib.  

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. 

Görüşə daha yaxşı başlayan "Abşeron" birinci setdə 25:19 hesabı ilə qalib gəlib.

Cütün ilk görüşündə qələbə qazanmış "Murov" ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib (25:22). Lakin yenidən təşəbbüsü ələ alan "Abşeron" növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesabı ilə məğlub edib.  

Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.  

Yarımfinalın digər matçı UNEC-lə "Azərreyl" arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub.  
Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.  

Yüksək Liqa Yarımfinal (ikinci oyunlar)  

"Murov" - "Abşeron" 1:3 (19:25, 25:22, 27:29, 25:27)  

UNEC - "Azərreyl" 0:3 (13:25, 13:25, 06:25)  

İlk oyunların nəticələri “Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25) 

“Azərreyl” - UNEC 3:0 (25:07, 25:14, 25:17) 










Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO