Şahmatçımız dünya yığmasına dəvət olundu

Şahmatçımız dünya yığmasına dəvət olundu

Hazırda oxunan: Şahmatçımız dünya yığmasına dəvət olundu

129059

Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək.  

Bizim.Media xəbər verir ki, görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.  

FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olunub.

Həmyerlimizlə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO