“Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi YEKUNLAŞDI - FOTO

“Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi YEKUNLAŞDI - FOTO

Hazırda oxunan: “Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi YEKUNLAŞDI - FOTO

129056

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə “Sərhəd” hərbi-idman oyunlarının zona mərhələsi yekunlaşıb.

Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, “Sərhəd” hərbi-idman oyunları Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Bildirilib ki, hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir.

Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

Həmçinin oyunların nəticələrinə əsasən, Oğuz və Qax məktəbliləri zona mərhələsində I yerə layiq görülüblər.






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO